Avqustun 18-də hava necə olacaq
18-08-2024, 00:09
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu. Əsasən yağmursuz. Gündüz havanın qısa müddətə tutulacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-33° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti:
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.
Hidrometeoroloji Proqnozlar Bürosu