Avqustun 23-də hava necə olacaq

23-08-2024, 00:01           
Avqustun 23-də hava necə olacaq
Bakıda və Abşeron yarımadasında
Yağmursuz.
Səhər bəzi yerlərdə zəif duman.
Şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti olacaq.
Atmosfer təzyiqi 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti: şimal-qərb küləyi gündüz mülayim şimal-
şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək
çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda zəif duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-38° isti, bəzi yerlərdə 40°-dək isti, dağlarda
gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.
Hidrometeoroloji Proqnozlar Bürosu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.