Avqustun 25-də hava necə olacaq

25-08-2024, 00:01           
Avqustun 25-də hava necə olacaq
Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu. Əsasən yağmursuz.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 756 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti: arabir güclənən şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.


Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman.
Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti,
dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.

Hidrometeoroloji Proqnozlar Bürosu













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.