Avqustun 26-da hava necə olacaq

26-08-2024, 00:01           
Avqustun 26-da hava necə olacaq
Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu. Əsasən yağmursuz.
Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-31° isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti: arabir güclənən şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Hidrometeoroloji Proqnozlar Bürosu













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru