Avqustun 29-da hava necə olacaq
29-08-2024, 00:15
Bakıda və Abşeron yarımadasında
Əsasən yağmursuz. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı,
şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti: mülayim şimal-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı,
şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman.
Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.
Hidrometeoroloji Proqnozlar Bürosu