Respublika ərazisi üçün 2024-cü il sentyabr ayına olan hava proqnozu
31-08-2024, 08:18
Sentyabr ayı yay fəslinin təsirinin azaldığı, payız fəslinin başladığı ay kimi
xarakterizə olunur. Bu səbəbdən də ay ərzində həm isti, həm də soyuq dövr üçün
xarakterik olan sinoptik proseslər müşahidə olunur.
Bu ilin sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına
yaxın olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə
normadan bir qədər çox olacağı ehtimal olunur.
Ayın əvvəlində ölkə ərazisində hava şəraitinin mülayim, əksər rayonlarda əsasən
yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 21-23
dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın
temperaturu 18-23 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 32-34
dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın,
bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 12-23 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında
havanın orta aylıq temperaturu 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim
norması daxilindədir. Gecələr havanın temperaturu 16-21 dərəcə isti, gündüzlər
25-30 dərəcə isti, bəzi günlərdə 35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının
miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 7-13 mm).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-
Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 15-19 dərəcə isti
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın
temperaturu 12-17 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 27-
32 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına
yaxın olacağı gözlənilir ( norma 34-50 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında
havanın orta aylıq temperaturunun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da
iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16 dərəcə isti,
gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 25-28 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın olacağı gözlənilir (norma
29-37 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında
havanın orta aylıq temperaturunun 19-21 dərəcə isti olacağı gözlənilir ki, bu da
iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 16-21 dərəcə isti,
gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 35 dərəcəyədək isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər
çox olacağı gözlənilir ( norma 17-44 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən,
Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq
temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına
yaxındır. Gecələr havanın temperaturu 15-20 dərəcə isti, gündüzlər 22-27 dərəcə
isti, bəzi günlərdə 33 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının
miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı
gözlənilir (norma 33-120 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan,
Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında
havanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da
iqlim norması daxilindədir. Gecələr havanın temperaturu gecə 18-23 dərəcə isti,
gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 33-38 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər
çox olacağı gözlənilir (norma 14-38 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında
havanın orta aylıq temperaturunun 17-21 dərəcə isti olacağı gözlənilir ki, bu da
iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 17-22 dərəcə isti,
gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 34 dərəcəyədək isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 50-
199 mm).