Müstəqil Azərbaycanın qurtuluş tarixi - İsrafil Kərimovun yazısı

31-08-2024, 10:47           
Müstəqil Azərbaycanın qurtuluş tarixi -
Tarixi şəxsiyyətlər mənsub olduğu xalqın yaddaşında hər zaman
yaşayır. Ancaq elə şəxsiyyətlər də var ki, onların xidmətləri daha fenomenal
xarakter daşıyır. Bu mənada xalqımızın Ümummilli lideri Heydər Əliyevin
siyasi fəaliyyəti, sadəcə, bir ölkə üçün yox, həm də bəşəri dəyərləri ilə
seçilir.
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali
Məclisində keçirilən fövqəladə sessiyada xalqımızın xilaskarı, müstəqil
Azərbaycan Respublikasının qurucusu və memarı, Ümummilli liderimiz
Heydər Əliyev Ali Məclisin Sədri seçildi və Naxçıvanda milli qurtuluşun, milli
dövlətçiliyin təməli qoyuldu.
Heydər Əliyev ilk növbədə üç tərəfdən düşmən hücumuna məruz
qalan Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün tədbirlərə
başladı, onun rəhbərliyi ilə Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət
Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Sonrakı
dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet
qoşunlarına məxsus hərbi texnika və silahların hamısının muxtar
respublikada saxlanması təmin olundu, muxtar respublikada Milli Ordu
yaradıldı, Naxçıvanın müdafiə potensialı gücləndirildi, bugünkü qüdrətli
Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyuldu.
Naxçıvanın düşmən hücumundan və sosial-iqtisadi böhrandan xilası
istiqamətində mühüm qərarlar qəbul edən dahi rəhbər digər tərəfdən
Azərbaycanı müstəqil, xalqımızı firavan görmək istəyirdi. Ümummilli
liderimiz Heydər Əliyev Ali Məclisin Sədri olarkən dünya azərbaycanlılarını
bir ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi
də bu istəkdən, bu arzudan irəli gəlirdi. 1991-ci il dekabrın 16-da Ali Məclis
tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik
Günü haqqında” Qərarın qəbul edilməsi bu mənada xüsusi əhəmiyyətə
malikdir.
Xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir dövrdə 1992-ci
ilin noyabrında sosial sifariş olaraq meydana atılan Yeni Azərbaycan
Partiyası yarandı.
Ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq
1992-ci il oktyabr ayının 16-da Ulu Öndər Heydər Əliyevə Yeni Azərbaycan
Partiyasının yaradılması xahişi ilə müraciət etdilər. 1992-ci il noyabrın 21-
də 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvanda təsis konfransını
keçirdi, partiyanın proqram və nizamnaməsini qəbul etdi. Heydər Əliyev
yekdilliklə partiyanın sədri seçildi. Qısa bir müddətdə - Azərbaycan xalqı
1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının sədri Heydər
Əliyevə etimad göstərərək Onu özünün Prezidenti seçdi. Bu gün Ulu Öndər
Heydər Əliyev ideyaları Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu səbəbdəndir ki,
dünya şöhrətli dövlət xadimi, Ulu öndər Heydər Əliyev hələ 2003-cü ildə
siyasi uzaqgörənliklə xalqa müraciətində hakimiyyət sükanının cənab İlham
Əliyevə etibar olunmasını məsləhət bildi
Ölkəmizin ən böyük uğuru illərdir işğal altında olan torpaqlarımızın
2020-ci ildə azad edilməsi oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaşdan sonra
qazandığımız tarixi Qələbə həm də “İnanıram ki, mənim axıra çatdıra
bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və
dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər
inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyən dahi
şəxsiyyətin Azərbaycanla bağlı ən böyük arzusunun həyata keçdiyinin
təsdiqi idi.
Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarıdır.
1993-cü il oktyabın 3-də və 1998-ci il oktyabrın 11-də keçiilən prezident
seçkilərinin nəticələinə müvafiq olaraq, xalqın yüksək etimadı ilə
Azərbaycan Resbublikası Prezidenti seçilən Ülu Öndər Heydər Əliyev
həyata keçidiyi daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət
müstəqilliyini daimi, dönməz və əbədi etdi.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.