Qazanılan uğurlar gələcəyə daha nikbin baxmağa imkan verir - İsrafil Kərimovun yazısı

Bu gün, 10:48           
Qazanılan uğurlar gələcəyə daha nikbin baxmağa imkan verir -
Qazanılan uğurlar gələcəyə daha nikbin baxmağa imkan verir
Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra nailiyyətlərə imza
atıb. Müstəqil siyasət yürüdən ölkəmiz beynəlxalq və regional təzyiqlərə
baxmayaraq demokratik inkişaf yolunu hədəf seçib. Məqsədinə nail
olmaqdan ötrü çoxsaylı təzyiqlərə sinə gərərək müstəqilliyini qoruyub
saxlaya bilib. Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra
dövlətçiliyin möhkəmləndirilməsi, milli və ideoloji təhlükəsizliyin təmin
edilməsi, milli iqtisadiyyatın inkişaf etdirilməsi kimi məsələləri prioritet elan
etdi. Qətiyyətli və şaxələndirilmiş xarici siyasət nəticəsində qısa zaman
ərzində Azərbaycan Respublikasının beynəlxalq imicini formalaşdıra bildi.
Ən əsası xalq-iqtidar-ordu birliyinə nail olan dövlət başçısı ölkənin
suverenliyi və ərazi bütövlüyünü təmin edib.
Qeyd edilməlidir ki, 2024-cü il müstəqillik tariximizə seçki ili kimi
yazıldı. Ötən ilin 19 sentyabr tarixində Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük
antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə
ölkəmiz yeni dövrə qədəm qoydu. Müstəqillik tariximizdə ilk dəfə olaraq
bütün ölkə ərazisində 7 fevral tarixində növbədənkənar prezident və 1
sentyabrda Milli Məclisə seçkilər keçirildi.
Sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında iştirak edən
dövlətimizin başçısı İlham Əliyev çıxışında bir sıra məqamlara xüsusi
diqqət yönlətdi. Ölkə Prezidenti proqram xarakterli nitqində hazırkı dövrə
kimi əldə edilmiş nəticələri təhlil etdi və qiymətləndirdi, ölkəmizin və
xalqımızın qarşısında duran əsas vəzifələri açıqladı və əsaslandırdı. Yeni
formalaşan parlamentə uğurlar arzulayan ölkə Prezidenti qanunverici
orqanın qarşısında dayanan vəzifələri də açıqladı və belə bir əminliyi ifadə
etdi ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli
inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı
inkişafı təmin ediləcəkdir.
Ölkə başçısı öz çıxışında xüsusi olaraq verğuladı ki, müstəqil,
prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. “Biz heç vaxt heç kimə
qarşı heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim
işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər”,
- deyən dövlətimizin başçısı belə cəhdlər olduğunu və olacağını bildirib.
Bildirdi ki, onların heç bir əhəmiyyəti yoxdur, ancaq bizim xarici siyasət
istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Bizimlə ikitərəfli
formatda qarşılıqlı hörmət əsasında kim əməkdaşlıq etmək istəyirsə, biz
ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib
nəsə diktə edəcək, yaxud da bizi əsassız olaraq ittiham edəcək, ya da
hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu
ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq.
Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, bizə qarşı ideoloji
təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi
olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli
ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-
mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir. “Bizə qarşı aparılan çirkin
oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai
məkanda, media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün
hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir,
düşmənimiz kimdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkəmizə qarşı edilən bu kimi cəhdlərin qarşıya daim qətiyyətlə alınır.
Ən əsası Azərbaycanın hücum diplomatiyasını uğurla davam etdirməsi
ölkəmizə qarşı aparılan ideoloji mübarizənin qarşısını almağa geniş
imkanlar yaradır. Azərbaycan yeni inkişaf dövrünü yaşayır. Prezident İlham
Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkə qarşısında
duran bəzi vəzifələri açıqladı. Birinci nömrəli vəzifə hərbi gücümüzün
artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror
əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə,
müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni
zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət
göstərməyə vadar edir.
Ölkə başçısı bu çağırışı etdi ki, yerli hərbi sənaye kompleksimizi daha
sürətlə inkişaf etdirməliyik. Bu il bu məqsədlə böyük vəsait ayrılmışdır və
gələn il də ayrılacaq. Bütün hərbi zavodlarımızda genişmiqyaslı
modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal
olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması
artıq praktik müstəviyə keçib. Növbəti bir-iki il ərzində hərbi sənaye
kompleksimiz daha böyük olacaq. Yerli hərbi sənaye kompleksinin
yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. Xarici
mənbələrdən daha az asılı olmalıyıq. Bu asılılığı tam aradan qaldırmaq
mümkün olmayacaq. Bunu da biz bilməliyik. Amma maksimum dərəcədə
özümüzü yerli istehsalla təmin etməliyik.
Beləliklə Azərbycanın qazandığı uğurların qısa təhlili belə nəticəyə
gəlməyə əsas verir ki, əldə edilənlər gələcəyə daha böyük inamla
addımlamağa yardımçı olacaq. Prezidentin də qeyd etdiyi kimi bu uğurlarla
kifayətlənməyib daim irəli addımlamalıyıq və gələcəkdə qarşımızda bir çox
digər vəzifələr durur.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.