Bayıldakı “Mangal Steak House” restoranı AQTİ-nin “5 ulduz” sertifikatına layiq görülüb – İLK DƏFƏ

7-11-2024, 08:40           
Bayıldakı “Mangal Steak House” restoranı AQTİ-nin “5 ulduz” sertifikatına layiq görülüb – İLK DƏFƏ
“Mangal Steak House Bayıl” restoranı Azərbaycan Qida Təhlükəsizliyi
İnstitutunun (AQTİ) ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında
müəyyənləşdirdiyi reytinq təsnifatı üzrə “5 ulduz” sertifikatına layiq görülüb.
Restoranın fəaliyyəti “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin
edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin
olunması məqsədilə institutun həyata keçirdiyi “Ulduz-reytinq” layihəsi
çərçivəsində qiymətləndirilib.

Noyabrın 6-da sertifikatın təqdim edilməsi mərasimi keçirilib. AQTİ-nin
nümayəndəsi tədbirdə çıxış edərək bildirib ki, “Mangal Steak House Bayıl”
restoranında aparılan qiymətləndirmə zamanı bu iaşə müəssisəsində qida
təhlükəsizliyi təcrübələrinin tətbiq edildiyi müəyyən olunub. Nəticələrə əsasən,
ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin
müəyyənləşdirilməsi prosesi çərçivəsində ilk dəfə olaraq, “Mangal Steak House
Bayıl”a 5 ulduz sertifikatı verilməsi qərara alınıb.

Restoranın direktoru Elşən Qayıtmazov ölkəmizdə əhalinin sağlam və
təhlükəsiz qida ilə təmin edilməsinin mühüm bir məsələ olduğunu, Qida
Təhlükəsizliyi İnstitutunun bu sahədə vacib iş gördüyünü vurğulayıb. O deyib:
“Bizim üçün çox sevindirici haldır ki, “Mangal Steak House” restoranının
fəaliyyətinin montorinqi nəticəsində göstərdiyimiz ictmai iaşə xidməti yüksək
qiymətləndirilib. Belə bir xoş hadisənin ölkəmizdə COP 29 kimi mötəbər
beynəlxaq tədbirin başlanması ərəfəsində təsadüf etməsi bizim üçün çox
əhəmiyyətlidir. Bizim uğurlarımız kollektivimizin birgə əməyi nəticəsində əldə
edilir və mən buna görə işçi heyətin hər bir üzvünə təşəkkür edirəm. Bizə
göstərilən etimada görə isə Qida Təhlükəsizliyi İnstitunun rəhbərliyinə
minnətdarlığımı bildirirəm”.

AQTİ-nin şöbə müdiri Samir Mehralıyev bildirib ki, qida sahəsində fəaliyyət
göstərən ictimai iaşə obyektlərinin reytinq qiymətləndirilməsi sahibkarların
könüllü müraciəti əsasında həyata keçirilir: “Ulduz təsnifatı 3, 4 və 5 ulduz
olmaqla aparılır. “Mangal Steak House” restoranının da retyinq qiymətləndirilməsi
sahibkarın könüllü müraciəti əsasında aparılıb və burada qida təhlükəsizliyi
təcrübələrinin tam təmin olunduğu müəyyən edilib. Reytinq qiymətləndirmələrinin
nəticələri əsasında ilk dəfə olaraq “Mangal Steak House” 5 ulduz sertifikata layiq
görülüb”.

AQTİ rəsmisi əlavə edib ki, reytinq qiymətləndirməsində iştirak etməyən
sahibkarlar info@afsi.gov.az elektron poçtu vasitəsilə AQTİ-yə rəsmi müraciət
etməlidirlər. Müraciət İnstituta daxil olduqdan sonra 30 gün müddətində ictimai
iaşə obyektində qiymətləndirmə aparılır və 10 iş günü müddətində nəticələr
haqqında sahibkara rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq, ictimai iaşə
obyektləri 1 il müddətinə müvafiq sertifikatla təmin edilir.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.