Distant təhsil adına rəzalət: “SİNERGİYA”nın adından alver!
30-09-2016, 00:05
Fərhad Mehdiyevin “çete”sinə “dur” deyən tapılacaqmı?
“Təhsil sezonu”-bu bənzətmə bəzi işbazların dilinin əzbərinə çevrilib. Çox təəssüf ki, nə qədər acınacaqlı olsa da bu faktdır. Bu işbazlar şəxsi maraqları naminə millətin taleyi ilə oynamaqdan belə çəkinmirlər. Belələri üçün təki pul olsun, millətin cibinə diplom adı ilə bir kağız parçası qoyub da, istədikləri paranı çıxarırlar. Adını da qoyurlar “Distant təhsil”.
Yaxın günlərdə (20.09.2016) “Təhsil adına distant korrupsiya” sərlövhəli yazıda bu mövzunun anonsunu vermişdik. Distant təhsilin mahiyyəti, üstün cəhətləri və...bu adla alver edənləin varlığı. Sözsüz ki, bu yazı təsadüf deyildi. Redaksiyamıza bu istiqamətdə ictimai arena üçün ciddi və narahatedici məlumatlar daxil olmaqdadır. Sözügedən yazıdan sonra isə redaksiyamıza bu mövzuda məlumat axını daha da artmaqdadır. Mlumatlarda vətəndaşların distant təhsil adı ilə ən müxtəlif formada aldadılmasından bəhs olunur.
Rusiya və Ukraynada distant təhsil?
İlk baxışdan, təəccüblü nəsnə görünmür: niyə də olmasın? Amma,... bu istiqamətdə xeberinfo.com-a daxil olan məlumatlar çoxlu suallar doğurur. Paytaxtın müxtəlif ünvanlarında Moskva Maliyyə-Sənaye Universiteti “SİNERGİYA”nın təbliğat vərəqələri yayılır. Bu vərəqələrdə Azərbaycanı tərk etmədən Rusiya və Ukrayna dövlət universitetlərində distant formada ali təhsilin mümkünlüyü təbliğ olunur. Həm də hansı bəh-bəhlə. Süleyman Mehdiyev adlı şəxsin canfəşanlığı ilə aparılan bu kampaniya sonda əksəriyyətin peşimançılıq dolu göz yaşları ilə sonuclanır. (Xatırladaq ki, Süleyman Mehdiyev indi haqqında yazacağımız Fərhad Mehdiyevin qardaşıdır.)
Çoxsaylı müraciətlər səbəbindən bu istiqamətdə-“SİNERGİYA”da distant təhsillə bağlı-araşdırmalara qərar verdik. Əldə etdiyimiz özəl məlumatlar bir yana, google-də bir həmlə kifayətdir ki, Azərbaycanda oturub da Rusiya və Ukraynada distant formada ali təhsil almağın nə demək olduğunu biləsən. Bu işdə məşhur Fərhad Mehdiyevin kimliyi və hansı rolu oynadığı da məlum olur.
Kimdir Fərhad Mehdiyev, onun təhsilə nə aidiyyatı var?
Bu haqda-Fərhad Mehdiyevin kimliyi və təhsilə aidiyyatı ilə bağlı-indiyədək də müxtəlif mətbu orqanlarda məlumatlar yayılıb. Həmən məlumatlardan da görünür ki, cənab Mehdiyev yumşaq desək təhsildən kənar, başqa dünyanın adamıdır. Onun fəaliyyəti kifayət qədər ziddiyyətli və bir o qədər də ciddi ittihamlarla zəngindir:
“Təkcə bir faktı qeyd etsək, onun hansı məqsədlərə qulluq etdiyi aydın olar. Bu adam Azərbaycan xalqının qatı düşməni, Dağlıq Qarabağ münaqişəsinin illərlə həll edilməməsi vəziyyətinə gətirilməsinin memarı olan Viktor Polyaniçkonun şinelindən çıxıb (Polyaniçkonun köməkçisi olub) və onun "dostlarının” dəstəyindən bu gün də yararlanır. Sonralar isə Abbas Abbasovun yanında işləyib, onun şəxsi tapşırıqlarını yerinə yetirib. Ona görə də, bu gün də Abbas Abbasovun Azərbaycanda hakimiyyətə gələcəyi ona yüksək vəzifələr verərək onun maxinasiyalarının üstünü örtəcəyi kimi boş xəyallarla yaşayır.
Özünü gah rektor, gah direktor, gah sədr, gah da professor, akademik adlandıran bu adam on ildən artıqdır ki, (2004-dən bu günədək) yaratdığı onlarla şirkət, qeyri-hökümət təşkilatı və mərkəzlər vasitəsi ilə kullü miqdarda çirkli pullar əldə edib.
1. "Bakı innovasiya texnologiyaları mərkəzi” İctimai Birliyi – Azərbaycan
2. "İnnovasiya fəaliyyəti üçün mütəxəssislərin hazırlanma mərkəzi” ictimai birliyi – Azərbaycan
3. "İnnovasiya” MMC – Rusiya (Bu şirkət Müasir Humanitar Akademiya tərəfindən təsis edilsə də, onun saytında olan ünvan və telefon nömrələri məhz F. Mehtiyevə mənsubdur)
4. "İnnovasiya institutu” ictimai birliyi - Azərbaycan
5. "Avrasiya innovasiya institutu” ictimai birliyi - Azərbaycan
6/ "İnnovation Technologies in Education” LLP - Britaniya adaları (offşor zona) və s.
Elə bizim də məqsədimiz F. Mehtiyevin əsl simasını açmaq, onun fırıldaqlarını ifşa etmək və bu yalançı fəxri adlar, titulların və ordenlərin haradan əmələ gəldiyini və mahiyyətcə nədən ibarət olduğunu konkret faktlar əsasında ortaya qoymaqdır. Əlavə olaraq qısaca da olsa, bu adamın və onun "başına toplaşanların” əsl mahiyyətini göstərməkdir.
İndi isə qəhramanımızın biznes şəbəkəsi haqqında məlumat verim. Deməli, ilk şirkətini F.Mehtiyev 2003-2004-cü illərdə "Bakı innovasiya texnologiyaları mərkəzi” adlandırır.
Öz mühasibələrindən birində o, qeyd edir ki, yeni yaradılan müəssisə innovasiya fəaliyyəti üçün kadr hazırlığı ilə məşğul olacaqdır. Bunun nə olduğunu və ümumiyyətlə belə məfhumun nə məna daşıdığını indiyənə kimi heç kəs bilmir. Sadəcə, F. Mehtiyev belə ifadə işlətməklə, öz personasına maraq yaratmaq və sonralar bundan çirkin məqsədlər üçün istifadə etmək niyyətini güdürdü.
Digər tərəfdən bu təşkilatı F. Mehtiyevin təhsil prosesinə "girişmək” üçün ilk addım hesab etmək olar. Çünki məhz bu qeyri-hökümət təşkilatı F. Mehtiyev tərəfindən "Müasir Humanitar Akademiya”nın (Rusiya Federasiyasının özəl ali məktəbi) Azərbaycanda filialını açmaq üçün tərəfdaş kimi istifadə olunur. Lakin siyahıda göstərdiyimiz "İnnovasiya” MMC-də bununla bərabər fəaliyyətə başlayır. Bu qarışıqlıqlar F. Mehtiyev və onun "tərəfaşları” tərəfindən həm gəlirləri qizlətmək, həm də maxinasiyalara ciddi don qeyindirmək məqsədi ilə edilirdi. Buna əyani sübut kimi əldə etdiyimiz bir müqaviləni göstərmək istərdik.
Aşağıdakı linkdəki müqavilə ilə tanış olanda aydın olur ki, bir tərəfdən "İnnovasiya” MMC, digər tərəfdən isə «Innovation Technologies in Education» LLP (Böyük Britaniya adalarında qeydiyyatdan keçmiş şirkət) və onun təmsilçisi, adı heç kimə bəlli olmayan (böyük ehtimalla uydurulmuş) yunan soy adlı birisi Andreas Kakouris və digər tərəfdən Azərbaycan vətandaşı (http://innovation-az.ru/wp-content/uploads/2012/07/SQA-agreement.pdf).Lakin birinci şirkətin adının heç bir məna daşımadığını görən F. Mehtiyev fəaliyyətinə təhsil donu geyindirmək üçün gürultulu adı olan, lakin həqiqətdə adi bir qeyri-hökümət təşkilatı olan "İnnovasiya İnstitutu”, sonralar isə yenədə QHT olan "Avrasiya İnnovasiya İnstitutunu” təsis edir və şübhəsiz ki, yeni status qazanmaq üçün özünə yeni saxta bir vəzifə uydurur – REKTOR.
Rusiya tərəfi İnnovasiya İnstitutunun və Avrasiya İnnovasiya İnstitutunun təhsilə heç bir aidiyyyatı olmamasını və bunların sadəcə qeyri-hökümət təşkilatı olmasını və hər hansı bir elmi, metodiki, maddi-texniki bazaya maliksizliyini yaxşı bilirdi. Yəqin ki, burada da F. Mehtiyev Polyaniçkodan miras qalmış "dostlarından” yararlanır və onların zaminliyi ilə bir sıra Rusiya ali təhsil müəssisələri ilə müqavilələr imzalayır. Bunların arasında qeyd etdiyimiz "Müasir Humanitar Akademiya”sı (Moskva, RF), "Smolnı Universiteti” (Sankt-Peterburq, RF), "Xarkov Radioelektronika İnstitutu” (Xarkov, Ukrayna) və sairə mövcuddur.
Məhz "Müasir Humanitar Akademiya”nın (MHA) 100-dən artıq Azərbaycan tələbəsinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin şikayəti əsasında 2009-cu ildə Vergilər Nazirliyi tətəfindən F. Mehtiyevə qarşı cinayət işi (0991020010254400 nömrəli Cinayət işi - 2009-cu il) qaldırılıb. Bu haqda onun xarici ortaqlarına da məlumat verilir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, başda o vaxt ki, təhsil naziri Misir Mərdanov, Aparat rəhbəri İlham Pirməmmədov olmaqla 2000-2010-cu illər ərzində bu fırıldaqçı adama qarşı 10 illərlə mübarizə aparsalar da, Fərhad Mehtiyev müxtəlif donlara girərək, öz qanunsuz fəaliyyətini davam etdirib. Sosial mediada yer alan sonuncu məlumatdan görünür ki, hətta 2013-cü ilin aprel ayında Təhsil Nazirliyinin məktubu əsasında Respublika Baş Prokrorluğu (Korrupsiyaya qarşı Mübarizə İdarəsi) tərəfindən F.Mehtiyevin Azərbaycandakı "Müasir Humanitar Akademiya”sında yoxlama aparılıb.
F. Mehtiyevin mahiyyətini bütün çılpaqlığı ilə əks etdirən və onun hansı əqidə daşıyıcı olması haqqında tam dolğun təsərrüat yaradan bir fakta nəzər salaq. Bu da F. Mehtiyevin uzun illərdi ki, ölkə təmsilçisi olduğu Müasir Humanitar Akademiyası (MHA) haqqındadır. Həmin akademiyanın ilham verici ideoloqu milliyətcə erməni olan Dmitri Nersesyandır (F. Mehtiyevin "facebook”dakı az olan dostlarındandırhttps://www.facebook.com/farhad.mehtiev?fref=ts )(Dmitri Nersesyanınhttps://www.facebook.com/dmitri.nersesyan?fref=tl_fr_box). ">linki https://www.facebook.com/dmitri.nersesyan?fref=tl_fr_box).
Biz indi sizə təqdim edəcəyimiz bir fakt isə hamını dəhşətə gəticəkdir. Oxuyub təəcüblənməyin. Bu faktlar Müasir Hümanitar Akademiyasının (MHA) saytından götürülüb və biz onu orijinal dildə, yəni rus dilində veririk.
MHA-nın internet saytında onun Rusiya ərazisindəki filialları və xarici ölkələrdəki tərəfdaşlarının siyahısı verilib.
Həmin siyahını saytda olduğu kimi təqdim edirik:
Азербайджанская Республика
№
Наименование партнера СГА
Фамилия, имя, отчество руководителя
Код города
Телефон
1
Азербайджан. г. Баку, Бакинский центр информаци
нных техн
логий (БЦИТ)
Мехтиев Фархад Гидаятович
810-(99412)
493-1066;
493-1086
2
Азербайджан. г. Баку. ООО "Элстар"
Агабалаев Эльдикар Агабалаевич
810-(99412)
542-31-25
İlk olaraq gözə dəyən budur ki, burada bizim qəhramana məxsus "Bakı innovasiya texnologıyaları mərkəzi” MHA-nın tərəfdaş qurumu kimi göstərilir. Halbuki həmin təşkilat çoxdandır ki, yəni 10 ilə yaxındır ki, öz fəaliyyətini dayandırıb, bundan sonra F.Mehtiyev 7 yeni QHT və şirkət yaradıb. Və həmin təşkilatdır ki, onun haqqında dəfələrlə cinayət işi başlanıb.
Lakin ən maraqlısı aşağıda gördüyünüz siyahıdır:
Республика Армения
№
Наименование партнера СГА
Фамилия, имя, отчество руководителя
Код города
Телефон
1
Армения, г. Чамбарак. Филиал ООО "Российско-Армянский центр дистанционных технологий "Элэнар"
Мкртчян Зинаида Бениаминовна
810-(374265)
2-34-33
2
Армения. г. Гюмри. Филиал ООО "Российско-Армянский центр дистанционных технологий "Элэнар"
Чардарян Эдуард Арамаисович
810-(374312)
3-18-39
3
Армения. г. Капан. Филиал ООО "Российско-Армянский центр дистанционных технологий "Элэнар"
Давтян Виктория Грачиковна
810-(374285)
6-29-88
4
Армения. г. Степанакерт. Филиал ООО "Российско-Армянский центр дистанционных технологий "Элэнар"
Арушанян Асмик Григорьевна
810-(374479)
5-04-39
6
Армения. г. Ташир. Филиал ООО "Российско-Армянский центр дистанционных технологий "Элэнар"
Тамазян Саак Мехакович
810-(374254)
2-51-80
7
Армения. г. Ереван, ООО "Российско-Армянский центр дистанционных технологий "Элэнар"
Рштуни Лариса Николаевна
810-(37410)
55-98-30
55-98-36
55-93-37
8
Армения. г. Ереван, "Российско-Армянский Современный гуманитарный институт"
Рштуни Лариса Николаевна
810-(37410)
55-98-30
Yuxarıdakı məlumatlardan da bəlli olur ki, MHA-nın digərləri ilə yanaşı Azərbaycanın işğal altında olan Xankəndində (saytda Stepanakert kimi qeyd olunub-red) də filialı mövcuddur.
Lakin bir məqam daha maraqlıdır. Gördüyünüz kimi, biz xüsusi olaraq rənglədiyimiz sətirdən bəlli olur ki, bu Stepanakert hansı ölkəyə mənsubdur. Siz səhv etmirsiniz, məhz Ermənistana. Deməli, Fərhad Mehtiyevin ermənilərlə dostluğu sayəsində (və çox güman ki, Abbas Abbasovun da dəstəyi ilə) 10 illərdir ki, azərbaycanlı gənclər, Dağlıq Qarabağa Ermənistan, Xankəndinə isə Ermənistan şəhəri deyən bir universitetdə təhsil alırmışlar”.
***
Bütün bunlar Fərhad Mehdiyev və onun “çetes”si ilə bağlı məlumatların yalnız bir qismidir. Yuxarıda da qeyd etriyimiz kimi, redaksiyamıza Moskva Maliyyə-Sənaye Universiteti “SİNERGİYA”nın Bakıdakı distant adlı fəaliyyəti və Fərhad Mehdiyevin yeni “kəşfləri” ilə bağlı özəl məlumatlar daxil olub. Qarşıdakı günlərdə lazımı araşdırmalarla bu istiqamətdə geniş yazı hazırlayacağıq.
Qarşı tərəfi də dinləməyə hazırıq.
teref.az