Nəsimi rayonunda “Milli musiqimizin təbliğatçısına çevrilək” layihəsi
1-10-2016, 15:15
Gənc fəal Səbinə Novruzzadə Azərbaycan Gənclər Fondunun və Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyilə həyata keçirdiyi “Milli musiqimizin təbliğatçısına çevrilək” adlı layihəsinin son tədbirini Bakının Nəsimi rayonunda yerləşən Yusif Mirzəyev adına 44 nömrəli orta məktəbdə həyata keçirib.
S.Novruzzadə deyib ki,bu gün Azərbaycan höküməti tərəfindən milli musiqinin təbliği ilə bağlı ciddi addımlar atılsada hələ də yeniyetmələr arasında milli musiqinin təbliğinə ehtiyac vardır.Bu məqsədlə Bakı şəhərində yaşayan yeniyetmələri maarifləndirmək üçün təlim formatında tədbir keçirməyi planlaşdırdım.Bu tədbirlərin məqsədi milli musiqimizin yeniyetmələr arasında sevdirilməsinə atılan bir addımdır.Üzeyir Hacıbəyov tərəfindən XX əsr milli musiqimizin professional təməli qoyulandan sonra onun çox böyük dövrü başladı və Azərbaycan mədəniyyəti , ələlxüsus da Azərbaycan milli musiqi mədəniyyəti yüksək səviyyəyə çatdı.
Yusif Mirzəyev adına 44 nömrəli orta məktəbin direktoru Samirə Əkbərova sözügedən layihənin əhəmiyyətindən danışaraq, gənc nəslin milli mədəniyyətimizin bir hissəsi olan musiqimizlə bağlı maarifləndirilməsinin vacibliyini önə çəkib.Bu layihənin məqsədlərindən irəli gələrək yeniyetmələrimizin milli musiqimizlə əlaqədar bilgiləndirilməsi çox vacib məsələdir.Milli musiqimizin gənclər arasında ardıcıl təbliğinin davamlı olmasını tövsiyə edibdir.
Daha sonra tədbirdə iştirak edən Nəsimi rayon İcra Hkimiyyətinin məsul işçisi olan Niyaməddin Cəfərov öz çıxışında dünyada milli kimliyi, milli dəyərləri qorumağın yollarından biri də milli musiqimizin mühafizə və təbliğ edilməsini qeyd edibdir. Bu isə analoji layihələrin daha geniş miqyasda icrasını qaçılmaz edir.Yeniyetmə və gənclərimizin formalaşmasında milli musiqimizin özünə məxsus təsirinin olduğunu vurğulamışdır.
Sonda layihə rəhbəri verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna və Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür edib.
Tədbirdə iştirak edənlərə sertifikatlar paylanılıb və xatirə şəkili çəkilib.