43 villanı kim tikdirib?

2-06-2015, 12:34           
43 villanı kim tikdirib?
Səbayel rayonunda yerləşən Dostluq Parkı ətrafında inşa edilmiş 43 villanın həqiqi sahibinin kim olduğuna dair yeni məlumatlar ortaya çıxıb. JAM.AZ xəbər verir ki, bir müddət əvvəl dövlət başçısı İlham Əliyev tərəfindən müşavirədə səsləndirilən fikirlərlə bağlı aparılan ilkin araşdırmalarda xeyli sayda məmurun orada villasının olduğu aşkarlanmışdı.

Lakin bu villaların konkret olaraq kim tərəfindən inşa edildiyi məsələsi isə sual olaraq qalmışdı. Bu günlərdə məlum olub ki, Dostluq Parkındakı bahalı evləri heç də sıradan bir şəxs inşa etdirməyib. JAM.AZ-a daxil olan məlumata görə, orada tikinti işləri planlı şəkildə aparılıb. Həmin tikintini isə yüksək çinli məmurlardan birinin kürəkəni həyata keçirib.

Mənbə həmin şəxsin adını bizə bildirsə də, dəqiqləşdirmə aparmadan açıqlamaq zərurəti görmədik. Bununla bağlı araşdırmamız davam edir və yaxın günlərdə təfsilatlı bilgi verməyə çalışacağıq.

JAM.AZ-a verilən məlumatda o da vurğulanır ki, daha sonra həmin villaların satışı təşkil olunub. Hətta bəzi icra başçılarından birmənalı şəkildə tələb edilib ki, oradan özünə tikili alsın.

Xəbərdə iddia olunur ki, sözügedən parkdakı villaların ən ucuzunun qiyməti 3 milyon dollar olub. Orada həmçinin dəyəri 7-8 milyon dollara yaxın villaların olduğu da vurğulanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.