Azərbaycanın tanınmış şairi Məmməd İsmayıl Müsavat Partiyasından istefa verdiyini açıqlayıb.
Bu barədə APA-ya Müsavat Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli məlumat verib. O bildirib ki, M. İsmayıl artıq partiya üzvü kimi qalmaq istəmədiyini söyləyib.
Qeyd edək ki, M. İsmayıl uzun zamandır Türkiyənin Çanaqqala Universitetində çalışır.