Səhər yeməyi həqiqətən vacibdirmi? - Son nəticə açıqlandı

Bu gün, 17:08           
Səhər yeməyi həqiqətən vacibdirmi? - Son nəticə açıqlandı
Səhər yeməyi günün ilk qidası olmaqla yanaşı, sağlamlıq, çəki və ümumi rifah üçün əhəmiyyətli rol oynayır.
Səhər yeməyinin ttəxirə salınması və düzgün qidalanma vərdişləri haqqında mütəxəssislər vacib məqamları açıqlayıb.Məşqçi Yuri Popkonun sözlərinə görə, səhər yeməyi məcburi olmasa da, xüsusilə artıq çəkisi olanlar üçün tövsiyə edilir. Səhər saatlarında kortizol hormonunun səviyyəsi yüksək olur və səhər yeməyinin buraxılması bu hormonun azalmasına mane olaraq visseral piylərin yığılmasına səbəb ola bilər.Oyandıqdan sonra və ya məşqdən bir-iki saat sonra yemək məsləhətdir. Zülal, yağ və karbohidrat balansına diqqət yetirmək vacibdir. Bu, enerjini artırır və gün ərzində həddindən artıq yeməyin qarşısını alır.Səhər yeməyinin buraxılmasının mənfi təsirləri:Aclığın artması: Gün ərzində həddindən artıq yemək riskini yüksəldir.Yuxu keyfiyyətinin pisləşməsi: Gecə gec yemək bədəni yükləyir və sirkadiyalı ritmi pozur.Həzm sisteminin zəifləməsi: Səhər saatlarında həzm prosesi daha aktiv olur, səhər yeməyinin buraxılması bu prosesi çətinləşdirə bilər.Səhər yeməyində nələrə diqqət edilməlidir?Yağlı və şəkərli qidalardan uzaq durmaq, zülal, yağ və karbohidrat balansını qorumaq lazımdır. Axşam gec yeməmək vacibdir ki, səhər aclıq hiss edərək yemək vərdişi formalaşsın.Səhər yeməyi günə sağlam və enerjili başlamağın açarıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.