“Nar” və “İrşad Electronics”-dən növbəti müştərək kampaniya

15-12-2016, 13:37           
“Nar” və “İrşad Electronics”-dən növbəti müştərək kampaniya
teref.az - “Nar” və “İrşad Electronics” mağazalar şəbəkəsi növbəti birgə kampaniyaya start verdilər. Belə ki, 17 gün davam edəcək kampaniya çərçivəsində hər bir kəs yalnız komissiya haqqı ödəmək şərtilə “İrşad Electronics” dükanlarından 6 aylıq faizsiz ödəmə ilə istənilən smartfonu və ya başqa cihazı ala bilər. Əlavə olaraq, smartfon almış hər bir şəxs bonus şəklində “Nar”-dan nömrə, aylıq 33,33 AZN dəyərində şəbəkədaxili danışıq balansı və 250 MB internet trafiki hədiyyə alır.

Kampaniyadan yararlanıb mobil telefonları əldə etmək üçün “Nar”-ın rəsmi tərəfdaşı olan “İrşad Electronics” mağazalarına müraciət etmək kifayətdir. 15 dekabr – 31 dekabr 2016-cı il tarixləri arasında aktiv olacaq kampaniya bütün məhsulları əhatə edir.

Əlavə məlumatı nar.az internet səhifəsi və “İrşad Electronics” çağrı mərkəzi (*0171) vasitəsilə öyrənmək olar.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru