Qazaxda tənha qocalar baxımsız qalıb.
16-12-2016, 10:21
Bu işlə Aərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qazax Rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sosial məişət xidməti şöbəsi məşğuldur. Təəssüflər olsun ki, həmin şöbənin müdiri Günəş Məmmədova, demək olar 10 ilə yaxındır ki, fəaliyyətsizdir. Tabeçiliyində 50 nəfərdən yuxarı işçisi olan şöbə müdiri onlarla yalnız əyləşdiyi otaqda sadəcə söhbət etməklə işini bitmiş hesab edir. Dövlət qulluğunun kiçik referenti kimi ayda 150 manata qədər əmək haqqı alan həmin işçilərin çoxu xidmət göstərdiyi tənha qocaların üzünü 3 ayda bir dəfə görə, ya görməyə.
Aparılan araşdırmalar göstərir ki, “sümükləri kövrəlmiş” həmin tənha qocaların nə yaşadığı evi yığışdırılır, nə də ki 1 vedrə suyunu gətirən var, ya da bazarlığa olan ehtiyacı ödənilir. Msahibimiz olan br neçə tənha qoca isə bildirdi ki, “ düzdür mənə baxanı tanısam da, heç bir köməyini görməmişəm. Giriş qapıdan halımı soruşub, oradan da gedir. Hərçənd ki, mənə baxan qulluqçu öz hüquqlarını bilsə də, mən bilmirəm ki, o mənə hansı xidməti göstərməlidir. Vəziyyətimiz olduqca çətindir. Qılçalarım tutmur ki, özüm öz işimi aşıram”.
Bəli, bəs onda dövlət hər ay sektorun müdiri Günəş Məmmədovaya və tabeçiliyindəki işçilərə nə üçün əmək haqqı verir?
Qazaxda tənha qocalara baxımsızlığın bir səbəbi də Günəş Məmmədovanın həyat yoldaşı Nizaməddin Məmmədovun Qazax Telekommunikasiya Qovşağının rəisi olması ucbatından Günəş xanıma söz deyilmir. Nəticədə, humanistlik biçarə qocaların başında “çatlayır”.
Sosial məişət sektoru müdirinin RİH-nin yerlərdəki icra nümayəndələri ilə də maxinasiyaları mövcuddur. Tənha qocalara baxılıb-baxılmaması haqqında icra nümayəndələrinin verdiyi arayışlar saxtadır. Sual olunur: hansı icra nümayəndəsi bir tənhadan soruşub ki, “sənə ayrılan xidmətçi sənə baxır, ya baxmır?”. Əsla...
Bəs onda xidmət sektorunun tələbi ilə arayış nə üçün saxta verilir?
Elə məsələ də burada haçalanır.Vəkil Rüstəm
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az