İsmayıllıda şəhid qardaşı yazılanlara etiraz edir - ETİRAZ

8-02-2017, 14:04           
İsmayıllıda şəhid qardaşı yazılanlara etiraz edir - ETİRAZ
Elektron poçtumuza İsmayıllı şəhər sakini, şəhid qardaşı Firidun Rüstəmovdan “Kənd.info” saytına etiraz bildirən məktub daxil olub. Müəllifin fikirlərinə hörmətlə yanaşaraq yazını izləyicilərimizin diqqətinə çatdırırıq.

Mən Mican ərazisində yaşayıram, şəhid qardaşıyam. 2013-cü ildə yeni başçı rayona gələnədək qardaşımın xatirəsi heç bir formada əbədiləşdirilməmişdir. Başçımız Mirdaməd Sadıqov müraciətimizə çox həssaslıqla, ürək yanğısı ilə yanaşdı. Şəhid qardaşım Cəlalın xatirəsinə bulaq-abidə kompleksi yaratdı. Buna görə anamla, ailəmizlə birgə hörmətli ağsaqqalımıza, rayonumuzun dəyərli rəhbərinə minnətdarlığımızı bildiririk.
Şəhid bulağının yanından keçən hər kəs şəhidi xatırlayıb ona və belə xeyirxah əməl sahibinin dünyadan köçənlərinə rəhmət oxuyur.
Bəs ay Elçin İsmayıllı, sən niyə bizim adımızdan istifadə edib başçı ilə düşmənçiliyi davam etdirirsən, nə haqla onu təhqir edirsən. Düzdür bulağın qarşısından keçən kanala kanalizasiya suyu gəlir. Onun üçün cavabdeh olan İsmayıllı Bələdiyyəsinin sədri Pərviz Ağayevin, Kommunxozun müdiri Vidadi Məmmədov, şəhər sovetinin sədri Məhərrəm Əhmədovun, Su-Kanal idarəsinin rəisi Ağasəf Salmanovun adını niyə çəkmirsən? Niyə şəhidin ruhuna hörmət edən başçıya hörmətsizlik edirsən? Xahiş edirəm bizim adımızdan istifadə edib ləyaqətli adamları təhqir etmə. Adlarını çəkdiyim idarə müdirlərinin hamısının bu vəziyyətdən xəbəri olub, amma səhlənkarlıq ediblər. Sözün varsa, onlara de. Kanal təmizdəyən də, təmizlik, abadlıq işləri aparan da onlardır. Şəhid ruhuna hörmətlə yanaşan, onun xatirəsini əbədiləşdirən insana hörmətsizlik etmək günahdır.

Rüstəmov Firidun Abdulhəkim oğlu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.