Nəsimi rayonunda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmasının 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdirFOTO

13-02-2017, 19:54           

teref.az - Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində inamla irəliləyir və ölkə başçısının fəaliyyətinin ana xəttini təhlükəsizlik, ictimai-siyasi sabitlik, iqtisadiyyatda davamlılıq, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi, ordu quruculuğu təşkil etməklə dövlətimizin və xalqımızın, əmin-amanlığı, tərəqqisi təmin edilməkdədir.
Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşmışdır. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərbi elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli lider Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Konkret desək, Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir.
Müstəqil ölkəmizin qurucusu Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində Azərbaycanda ordu quruculuğu prosesi çox sürətlə aparılaraq, qısa müddət ərzində nizami ordunun yaranması mümkün olmuşdur.
Vətənimizin qorunmasının, işğal altında olan torpaqlarımızın azad olunmasının başlıca amilini ordumuzun daha da möhkəmləndirilməsində görən Ulu öndər tez-tez səngərlərdə olur, əsgər və zabitlərlə şəxsən görüşür, ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq üçün ciddi addımlar atırdı. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz Ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.
Ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur.
Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək və bu məqsədlə nə lazımdır Azərbaycan dövləti edir.
Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.
Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Digər tərəfdən, Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsi ilə bağlı görülən işlər nəticə etibarilə orduda aparılan geniş quruculuq işlərinin nəticəsidir. Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur. Ötən il Azadlıq meydanında keçirilən parad Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ideyalarına sədaqət və ehtiramının təntənəsi olmaqla yanaşı, Silahlı Qüvvələrimizin güc və qüdrətinin nümayişinin əyani təzahürü olmuşdur.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycanın Milli Ordusu bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.
Ölkə başçısı tərəfindən daim ölkəmizin qüdrətinin artırılması, təhlükəsizliyinin təmin edilməsi istiqamətində islahatlar aparılır, çoxsaylı tədbirlər həyata keçirilir. Bu məsədlər üçün hər il ölkə büdcəsindən kifayət qədər vəsait ayrılır, ordumuz müasir silah-sursatla təchiz olunur, əsgər və zabitlərin üçün hər cür şərait yaradılır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 km olan avtomobil yolunun tikintisi məqsədi ilə maliyyə vəsaiti ayrılmışdır.
Təhsil müəssisələrinə, küçə və parklara şəhidlərimizin adı verilir, onların adı əbədiləşdirilir. Şəhid ailələrinə, müharibə əlillərinə mənzillər, avtomobillər verilir, yaşam şəraitinin yaxşılaşdırılması üçün dövlət öz dəstəyini əsirgəmir. Nəsimi rayonu üzrə 13 orta məktəb şəhidlərin adinı daşıyır.
Ordu quruculuğu ilə yanaşı ölkəmizdə sosial yönümlü iri layihələrin tərkib hissəsi kimi Azərbaycanın suverenliyi uğrunda şəhid olanların xatirəsinin yad edilməsi, onların ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına göstərilən dövlət qayğısı çərçivəsində mütəmadi tədbirlər keçirilir.
Dövlət qayğısı çərçivəsində 2016-cı ildə imtiyazlı şəxslərə mənzillər ayrılmışdır. Nəsimi rayonundan 9 ailəyə, o cümlədən 2 Qarabağ müharibəsi əlili ailəsinə, 1 şəhid ailəsinə, 2 nəfər 20 yanvar əlili ailəsinə mənzillər verilmişdir.
Möhtərəm Prezidentimizlə yanaşı Respublikamızın birinci xanmı, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın müstəsna xidmətləri sayəsində bu ailələrə, onların uşaqlarına diqqət və qayğı göstərilir, onların normal böyüməsinə, təhsilinə, sağlam inkişafına xüsusi diqqət göstərilir.
Dövlətin gənclər siyasətini rəhbər tutaraq Nəsimi rayonunda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam inkişafı, asudə vaxtlarının səmərəli keçirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Tağı İbrahimovun Nəsimi rayonu H.Seyidzadə küçəsi 35 ünvanında yaşadığı binanın həyətində baralyefi qoyulmuşdur. Şəhid Asif Məhərrəmovun adına park salınmış, küçə boyu binaların fasadları təmir olunmuşdur.
Şəhid Abdulla Rəhimovun adını daşıyan 247 nömrəli tam orta məktəb “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri aparılaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.
Ordu və xalq vəhdəti hər zaman dövlət siyasətinin ayrılmaz hissəsi olmuşdur və bu istiqamətdə Nəsimi rayonunda müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur.
Asif Əsgərov bildirmişdir ki, hər il rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər və Goranboy rayonundakı «N» saylı hərbi hissələrində xidmət edən əsgər və zabitlərin görüşünə səfər etmişlər. Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əsgərlərlə dəfələrlə görüşlər keçirilmişdir.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin rəisi polkovnik Eldəniz Əliyev çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Dövlət siyasəti olaraq ordu quruculuğu, gənclərlə iş, hərbi vətənpərvərlik, səfərbərlik və hərbi çağırış sahəsində səlahiyyətlər çərçivəsində Nəsimi rayonunda məqsədyönlü tədbirlər, layihələr həyata keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi Rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon üzrə yanvar, aprel, iyul, oktyabr aylarında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar RİH Başçısının sərəncamları ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunur, çağırış müddətində komissiyaya lazımi şərait yaradılır, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunurlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata kerililərək, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunur.
YAP Nəsimi rayon təşkilatının sədri, Millət vəkili Məlahət İbrahimqızı bildirdi ki, Möhtərəm Prezident, cənab Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın haqq işinin qalib gələcəyinə, işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə möhkəm inanır, bundan sonra da bütün səylərimizi birləşdirərək ölkə başçısının uğurla apardığı siyasi kursun həyata keçirilməsi, bu yolda üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha böyük əzmlə çalışacaq, vətənimizin və xalqımızın xoşbəxt sabahı naminə ölkə başçısının gördüyü böyük işlərdə dəstək olacağıq.
Tədbirdə bir qrup şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, məktəblərin hərbi rəhbərlərinə və 2016-cı ilin aprel döyüşlərində şücayət göstərən əsgər və zabitlərə xatirə hədiyyələri və gül dəstələri təqdim edilmişdir.





































Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.