İsmayıllı rayonu “Qarabağ” qəsəbəsində Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş tədbir FOTO

21-02-2017, 20:28           

teref.az - Məcburi köçkünlərin məskunlaşdığı “Qarabağ” qəsəbəsindəki Ağdam rayon 30 nömrəli tam orta məktəbi Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib. İştirakçılar-müəllimlər, şagirdlər, qəsəbə sakinləri əvvəlcə Nizami Gəncəvi küçəsi ilə Mübariz Orucov küçəsinin kəsişməsində ucaldılmış Soyqırım –“Ana harayı” abidəsini ziyarət ediblər.
Hərbi formalı şagirdlər dövlət bayrağını salona gətiriblər. Xocalı faciəsi zamanı Qarabağ müharibəsində şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Himni səsləndirilib.
30 saylı məktəbin direktoru Zahid Namazov, dövlət qulluğu veteranı Valeh Salehov və qocaman müəllim Mürşüd Məmmədov çıxış edib, Xocalı faciəsinin səbəkarlarından, bu faciənin gətirdiyi məhrumiyyətlərdən,dövlətimizin Xocalı sakinlərinə göstərdiyi qayğıdan və torpaqlarımızın gec-tez geri qaytarılacağından danışıblar.
Xocalıya və Xocalı faciəsinə həsr olunmuş şerlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, mahnılar səsləndirilib.
Kədər və böyük ümid yüklü olan bu tədbir bir daha göstərdi ki, Xocalı faciəsinin ağır dərdi qəlblərdə yaşayır və o nəsilləri daim mübarizəyə səsləyir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru