Azərbaycan neftinin qiyməti 2 dollara yaxın artıb.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 2,42% və ya 1,52 dollar artaraq 64,37 dollar olub.