QUBADA POLİS BAYRAMI QEYD EDİLİB
3-07-2018, 00:14
Quba Rayon Polis Şöbəsində Daxili İşlər Nazirliyinin yaranmasının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçirib.
Əvvəlcə Rayon Polis Şöbəsinin şəxsi heyəti ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər.
RPŞ-də keçirilən tədbirdə çıxış edən rəis, polis polkovniki Süleyman Neymətov şəxsi heyəti Azərbaycan Polisinin 100 illiyi münasibəti ilə təbrik edib. Daxili işlər orqanlarının keçdiyi yol, şərəfli tarix barədə məruzə edərək, polisin hər zaman dövlətçiliyimizə sadiq olduğunu, sabitliyin, əmin-amanlığın qorunması üçün fədakar xidmət etdiyini deyib.
Sonra çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Azərbaycan Polisinin 100 illiyi münasibəti ilə onları təbrik edib. Daxili işlər orqanlarının fəaliyyətini yüksək dəyərləndirib, şəxsi heyətə gələcək fəaliyyətində də uğurlar arzulayıb.
Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub.