YABANI HALDA BİTMİŞ ÇƏTƏNƏ KOLLARI MƏHV EDİLİB

13-09-2018, 16:03           
YABANI HALDA BİTMİŞ ÇƏTƏNƏ KOLLARI MƏHV EDİLİB
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Püstəqasım kənd ərazisində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş hündürlüyü 90-150 sm olan 22 ədəd çətənə kolu aşkar edilib.
Narkotik tərkibli çətənə bitkiləri yandırma yolu ilə məhv edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.