Putindən Yevkurova zəng: “Güc tətbiq etməyin”

15-10-2018, 10:51           
Putindən Yevkurova zəng: “Güc tətbiq etməyin”
Rusiya Prezidenti Vladimir Putin İnquşetiya lideri Yunus Bek Yevkurova Maqasda etirazçılara qarşı güc tətbiq etməməyi məsləhət görüb.

Axar.az xəbər verir ki, bunu “Exo Moskva”ya açıqlamasında Yevkurovun özü deyib. O, Putinin ona İnquşetiyanın paytaxtında yaranan vəziyyətlə maraqlanmaq üçün zəng etdiyini bildirib. Yevkurov Putinin ona xalqla dialoqu dayandırmamağı tövsiyyə etdiyini söyləyib.

Qeyd edək ki, bundan öncə İnquşetiya ilə Çeçenistan arasında torpaq sövdələşməsi haqqında razılaşma imzalanıb. Razılaşma İnquşetiyada kəskin etirazla qarşılanıb. Respublikanın paytaxtında genişmiqyaslı etiraz aksiyaları başlayıb. Konstitusiya məhkəməsi bu razılaşmanın ləğv edilməsi və qərarın referendum yoluyla verilməsi haqqında qərar çıxarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru