Kral Salman itkin düşmüş jurnalistin işi ilə bağlı göstəriş verdi
15-10-2018, 17:58
Səudiyyə kralı jurnalist Camal Kaşıkçının itkin düşməsi ilə əlaqədar daxili təhqiqat aparmaq təlimatı verib. Bu məlumat Amerika mediasında dərc edilib.
Səudiyyəli mənbə ötən həftənin sonunda Səudiyyə Ərəbistanının kralı Salmanın Kaşıkçı məsələsi ilə bağlı araşdırma aparılması ilə bağlı göstəriş verdiyini bildirib.