«Avropa İttifaqı və Britaniya «Brekzit»in şərtləri barədə razılığa gəliblər» – KİV

16-10-2018, 07:48           
«Avropa İttifaqı və Britaniya «Brekzit»in şərtləri barədə razılığa gəliblər» – KİV
Avropa İttifaqının (Aİ) danışıqlar üzrə nümayəndəsi Mişel Barne ilə görüşmək üçün Britaniyanın «Brekzit» işləri üzrə nazirliyinin başçısı Dominik Raab gözlənilmədən Brüsselə gəlib.

Bundan az sonra «Politico» saytı xəbər verib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının şərtləri barədə ilkin razılaşma əldə olunub.

«Saziş hələlik danışıq aparanlar səviyyəsində mövcuddur» – deyə, nəşrin diplomatik sahədə çalışan mənbələri bildiriblər.

Avroittifaqda isə bəyan ediblər ki, hələlik hansısa səs-küylü bəyanatlardan danışmaq tezdir.

Bildirilir ki, xəbəri Britaniyanın Baş naziri Tereza Meyin dəftərxanasında da şərh ediblər.

«Mən, bu yazılara inanmamağı tövsiyyə edərdim. Mən, onları həqiqətə uyğun adlandıra bilmərəm» – deyə, mənbə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru