ABŞ-n büdcə defisiti 6 ilin rekordunu vurdu! - Yaxın illərdə 1 trilyon dollara çatacaq…

17-10-2018, 07:22           
ABŞ-n büdcə defisiti 6 ilin rekordunu vurdu! - Yaxın illərdə 1 trilyon dollara çatacaq…
2018-ci maliyyə ilinin yekunlarına görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) federal büdcə defisiti 779 milyard dollara çatıb ki, bu da son 6 ilin ən yüksək göstəricisidir.
Bu barədə «Associated Press» agentliyi xəbər verib.

«2017-ci ildən sonrakı dövrdə defisit 113 milyard dollar aprtıb. Yaxın illərdə borc öhdəlikləri güman ki, pisləşəcək və Tramp administrasiyası gözləyir ki, 2019-cu ildə defisit 1 trilyon dolları adlayacaq» – xəbərdə belə deyilir.

Məsrəflər artıb, çünki Konqres hərbçilər üçün və daxili proqramlara daha çox vəsait ayırıb, o biri tərəfdən isə vergiləri azaldıb.
2017-ci maliyyə ilində ABŞ-n büdcə defisiti 665,7 milyard dollar təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru