Ruslar "İŞİD"- ə uranium-235 satmaq istəyiblər - FTB dən şok əməliyyat

8-10-2015, 10:46           
Ruslar "İŞİD"- ə uranium-235 satmaq istəyiblər - FTB dən şok əməliyyat
ABŞ Federal Təhqiqatlar Bürosu bildirib ki, Rusiyaya bağlı dəstə zərəsizləşdirilib.

Bu dəstə nüvə materialını satmaq üçün İslam Dövləti adlanan təşkilatdan alıcı axtarırmış.

Associated Press agentliyi xəbər verir ki, əməliyyat Moldovada, bu ölkənin hüquq-mühafizə orqanları ilə birgə aparılıb.

Bu dəstənin nüvə materialını satmağa dörd dəfə cəhd etdiyi bildirlir.

Dəstənin ifşa olunması üçün məxfi polis agenturasından istifadə edilib.

AP bildirir ki, ifşa olunmalarına baxmayaraq, dəstə üzvlərinə çox qısamüddətli həbsxana cəzası verilib və onlardan bəziləri bu əməllərini davam etdiriblər.

Materialın miqdarı haqqında məlumat verilməsə də, onun hansısa xəstəxanadan alındığı bəllidir.

Cinayət axtarışı sənədlərində bildirilir ki, qaçaqmalçılar Rusiya və Qərb arasında münasibətlərin pozulmasından yararlanmağa çalışıblar.

Moldova polisindən alınan xəbərlərdə deyilir ki, nüvə materialını satmaq istəyən dəstədə Rusiya Federal Təhqiqatlar Xidməti zabitinin də iştirakı düşünülür.

Sənədlərdə qeyd olunur ki, sözü gedən zabitin araçısı nüvə silahı dərəcəli uranium-235 materialını bir sudanlıya satmaq istəyib.

Zabitin harada olması məlum deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.