ABŞ-da "Maykl" qasırğası qurbanlarının sayı 33 nəfərə çatıb

18-10-2018, 06:50           
ABŞ-da "Maykl" qasırğası qurbanlarının sayı 33 nəfərə çatıb
ABŞ-da "Maykl" qasırğası qurbanlarının sayı 33 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "USA Today" yerli hakimiyyət orqanlarına istinadən bildirib.

Nəşrin xəbərinə görə, təbii hadisənin ən çox tələfatı Florida ştatındadır. Qasırğa burada 23 nəfərin həyatına son qoyub. Həmçinin "Maykl" qasırğasından 6 nəfər Virciniyada, 3 nəfər Şimali Karolinada və 1 nəfər Corciyada ölüb.

Daha əvvəl qasırğanın 29 nəfərin həyatına son qoyduğu bildirilirdi. ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton qasırğanın zərər vurduğu hər bir ərazi üzərində səylə çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru