BMT: 2040-cı ilədək orta ömür müddəti azalacaq

18-10-2018, 07:00           
BMT: 2040-cı ilədək orta ömür müddəti azalacaq
2040-cı ilədək dünyanın bəzi ölkələrində orta ömür müddəti azalacaq.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu qənaətə BMT mütəxəssisləri gəliblər.

Mütəxəssislər bir neçə onillik ərzində insan ömrünün azalmasına səbəb kimi havanın çirklənməsini, piylənməni, diabeti və HİV virusunun yayılmasını göstərirlər.

Sietldəki Vaşinqton Universitetinin ekspertləri bununla yanaşı vurğulayırlar ki, onların proqnozı ehkam deyil və çoxlu sayda amillərdən asılıdır. Müxtəlif variantlı proqnozlara əsasən, insan həyatı 4-5 il müddətinə təkcə qısalmayacaq, həm də arta bilər.

Proqnozlara görə, Çin yaxın 20 il ərzində orta yaşın 5,6 il müddətinə artırılması hesabına uzunömürlü ölkələr arasında 39-cu pillədə qərarlaşacaq. Suriya əvvəlki 137-ci yerdən 80-ci pilləyə qalxa bilər. Lakin əgər bu ölkədəki hərbi münaqişə yaxın vaxtlarda başa çatsa.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru