Rusiya milyarderlərinin 20 yaxtasının dəyəri bütün donanmanın dəyərindən üstündür

18-10-2018, 07:29           
Rusiya milyarderlərinin 20 yaxtasının dəyəri bütün donanmanın dəyərindən üstündür
Rusiyanın “Voennoe obozrenie” saytının məlumatına görə Rusiya milyarderlərinin ilk 20 yaxtasının dəyəri son onilliklərdə yaradılmış Rusiya hərbi dəniz donanmasının bütün hərbi gəmilərinin dəyərindən çoxdur.

Sayt bu yaxtalarda quraşdırılmış elektrik avadanlığının gücünün Atom elektrik stansiyasının gücünə bərabər olduğunu yazır. Bundan başqa, zirehlər, hərbi diapazona bərabər radar, radioelektron mübarizə, bort aviasiya kompleksləri, mini sualtı qayıqlar və vertalyotlar bu tip yaxtaların ayrılmaz hissəsidir.
“ Bu bizim dövrün trendidir. Şəxsi yaxtalar hərbi gəmilərə bənzəyir və sahiblərinin gücünü nümayiş etdirir”-sayt yazır.

Meqayaxta –şəxsi ərazi, heç bir sanksiyaya məruz qalmayan yerdir. Villa və saraylardan fərqli olaraq istənilən vaxt yaxta ilə okeana qaçıb, yaxın ətrafınla günlər keçirə bilərsən. Okeanda günəşin doğmasını 100 metr hündürlükdən seyr etmək nəyə desən dəyər.

PeykTV.az ən nəhəng yaxtaların bəzilərinin fotosunu təqdim edir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru