Düsseldorf hava limanından 2250 nəfər deportasiya edilib – ALMANİYADA

19-10-2018, 06:45           
Düsseldorf hava limanından 2250 nəfər deportasiya edilib – ALMANİYADA
Almaniyanın Düsseldorf Hava Limanından qaçqınların xüsusi çarter reysi ilə kűtləvi qaydada vətənlərinə deportasiya edilməsi halları davam edir. Bu bardə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda bildirilir ki, bu ilin ilk altı ayında Düsseldorf Beynəlxalq Hava Limanından digər ölkələrə kollektiv qaydada 2250-dən çox müraciəti rədd edilmiş sığınacaq axtaran şəxs köçürülüb. Bu məlumat Federal Daxili İşlər Nazirliyi tərəfindən Almaniya Bundestaqına verilən hesabatda əks olunub. Məlumatda bildirilir ki, Düsseldorf Hava Limanından sığınacaq axtaran şəxsləri vətənlərinə qaytaran 36 çarter uçuşunun yarısı Albaniya, Kosovo, Serbiya və Makedoniya kimi Balkan ölkələrinə gedib.
Məlumata əsasən, 2017-ci ildə Federal Polis Düsseldorfdan 40 çarter reysi ilə təxminən 3570 sığınacaq axtaran şəxsi deportasiya edib. 2016-cı ildə isə 67 çarter reysi ilə 4070 qaçqın qaytarılıb.
Ümumiyyətlə, digər ölkələrdəki kollektiv çıxarışların sayı artmaqda davam edir. Bu barədə çərşənbə axşamı Qaçqınlar Şurasının NRW (Şimali Reyn Vestfaliya) üzrə icraçı direktoru Birqit Naujoks mətbuata açıqlamasında bildirib. Məlumat üçün bildirək ki, sığınacaq axtaran şəxslərin kollektiv qaydada vətənlərinə qaytarılması arzuolunan deyil, bəzi təşkilatlar bunu insan hüquq və azadlıqlarının pozulması hesab edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru