Putinlə sahibkar arasında cangüdənlərlə bağlı maraqlı dialoq:“Mənə verməyiblər, özləri yeyib”

19-10-2018, 07:23           
Putinlə sahibkar arasında cangüdənlərlə bağlı maraqlı dialoq:“Mənə verməyiblər, özləri yeyib”
“Mənə həmkarlarımdan, Rusiya istehsalçılarından şərab, pendir kimi dadlı hədiyyələr göndərilir. Bu hədiyyələri təhlükəsizlik xidmətinin işçiləri yeyib-içir”.

“İzvestiya” xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

Putin “Valday” diskusiya klubunun illik iclasının gedişatında rusiyalı istehsalçı Oleq Sirota ilə maraqlı disskusiya edib.

Sirota deyib ki, 9 dəfə prezidentə pendir hədiyyə etməyə çalışıb, ancaq hər dəfə mühafizəçilər onu götürüblər, hansı ki, “yaxşı işləyirlər”.

Putin isə “Həm də yaxşı yeyirlər” deyə zarafat edib.

Sahibkar bildirib ki, bir dəfə ona pendiri cangüdənlərə vermək nəsib olub və mühafizəçilər onu prezidentə çatdıracaqlarına söz veriblər.

Putinin cavabı isə hamını güldürüb: “Mənə verməyiblər, özləri yeyib”.

Bundan sonra Putin ona hədiyyə edilən bir neçə şüşə şərabın mühafizəçiləri tərəfindən “dequstrasiya” deilməsi barədə tarixçəni danışıb.

Rusiya lideri qeyd edib ki, bu hadisədən o qədər də dilxor olmayıb, çünki o qədər də şərabdan istifadə etmir.axar.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru