Corc Buşun qızı Ağ Evdəki ruhlardan danışdı

20-10-2018, 06:49           
Corc Buşun qızı Ağ Evdəki ruhlardan danışdı
Amerikanın 43-cü prezidenti Corc Buşun (kiçik) qızı Cenna Buş Haqer NBC kanalındakı səhər şousunda ilginc açıqlamalar verib. O deyib ki, Ağ Evdə ruhlar dolaşır.

Bu barədə “Huffington Post” nəşri xəbər verib. Qadının sözlərinə görə, bir gecə Ağ Evdəki kaminin içindən 1920-ci illərə aid musiqi səsi gəlməyə başlayıb. O, həmin otaqda bacısı Barbara ilə birgə yaşayıb. “Mən Barbaranın yatağına hoppandım, biz ikimiz də yata bilmədik”, - o, deyib. Eks-prezidentin qızının dediyinə görə, bir həftədən sonra hekayə yenidən təkrarlanıb. Amma bu dəfə kamindən opera səsləri gəlməyə başlayıb.

Buş-Haqer deyib ki, bu hadisəni Ağ Evdə çalışan bir tanışına deyib. O da nəinki bu olaya təəccüblənib, əksinə, deyib ki, o, bundan da betərlərini eşidib. Prezidentin qızı bildirib ki, Ağ Evdəki ruhun çox dostcanlı olduğunu düşünür.

Cenna və Barbara 1981-ci ildə dünyaya gəliblər. Corc Buş (kiçik) prezident olanda bacıların 19 yaşı vardı. 2001-ci ildə onu oxuduğu Teksas Universitetində saxlayıblar. Onu 21 yaşına çatmayan şəxslərin spirtli içki saxlama qadağasına məhəl qoymamasına görə cəzalandırıblar. Bir neçə həftə sonra prezident qızını saxta sənədlərlə spirtli içki almağa cəhd etdiyinə görə saxlamışdılar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.