İndoneziya Su-35 sövdəsindən imtina eiməyəcək – «Sputnik Vietnam»

21-10-2018, 09:21           
İndoneziya Su-35 sövdəsindən imtina eiməyəcək – «Sputnik Vietnam»
İndoneziya Rusiyadan Su-35 qırıcıları almaq niyyətindən əl çəkməyəcək. Bu barədə müdafiə naziri Riamizard Riaçuduya istinadla «Sputnik Vietnam» agentliyi xəbər verib.

«Gözlənilir ki, İndoneziya yaxın vaxtlarda qırıcıları alacaq» – deyə, nazir bildirib və qeyd edib ki, Cakarta bu təyyarələrin alınmasında çox maraqlıdır.

Nazir bildirib ki, İndoneziya ABŞ-ın mümkün sanksiyaları altında Rusiya ilə kontraktın yerinə yetirilməsindən «heç vaxt imtina etməyəcək».

Onun sözlərinə görə, tərəflər artıq sazişin reallaşdırılmasına başlayıblar, ancaq İndoneziya hərbi idarəsi ödənişin bəzi məsələlərini maliyyə və ticarət nazirlikləri ilə yoluna qoymalıdır.
Azpolitika












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru