Qaşıqçının ölümündə trol izi, Şahzadə Salmanın baş SMM-i - İLGİNC İDDİALAR

22-10-2018, 07:12           
Qaşıqçının ölümündə trol izi, Şahzadə Salmanın baş SMM-i - İLGİNC İDDİALAR
ABŞ mediasından Qaşıqçı doğranması ilə bağlı şok iddia
ABŞ mətbuatında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərliyi altında sosial media qrupunun ölkə xaricində yaşayan müxaliflərin səsini batrımq üçün Twitter-də kampaniyalar təşkil etdiyi və öldürülən jurnalist Camal Qaşıqçının ən önəmli hədəflər arasında yer aldığı iddia edilib.

"Nyu York Times" qəzetində yer alan bir məqalədə Səudiyyə hakimiyyəti ölkə xaricində yaşayan müxalif yönlü isimləri sosial media məkanında susdurmaq üçün əmaliyyat aparmaqda günahlandırılıb. Həmçinin paytaxt Ər-Riyadda vəliəd şahzadə bin Salmanın rəhbərliyi altında yaradılan və onun köməkçilərindən olan Əl-Kahtaninin idarə etdiyi sosial media qrupunda yüzlərlə əməkdaşın işlədiyi irəli sürülüb. Əl-Kahtaninin bin Salmanın media əməliyyatlarını icra etdiyi və "trol ustası" adlandlırıldığı ifadə edilib.

"Qaşıqçı ən önəmli hədəflərdən biri idi"
"Nyu York Times" bu media qrupunun hədəfində olan ən məşhur adlardan birinin məhz Camal Qaşıqçı olduğunu iddia edib. Xəbərdə həmçinin media qrupuna Əli əl-Zebara adlı Səudiyyə vətəndaşının da dəstək verildiyi bildirilib.

Twitter-də "köstebek" iddiası
Əli əl-Zebaranın ər-Riyada müxalif olanlarla bağlı məlumtaları ölkə kəşfiyyatına ötürməsi iddia edilib. Lakin o, ifşa edildikdən sonra vəzifəsinə son verilib.

Səudiyyə Ərəbistanı hakimiyyəti oktyabrın 2-də İstanbul baş konsulluğuna girəndən sonra heç bir xəbər alınmayan Qaşıqçının orada öldürüldüyünü etiraf edib.

Malik LİFTİYEV
AzNews.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.