Tramp Camal Qaşıqçının qətli ilə bağlı istintaqın başa çatması müddətini açıqlayıb

23-10-2018, 07:15           
Tramp Camal Qaşıqçının qətli ilə bağlı istintaqın başa çatması müddətini açıqlayıb
ABŞ prezidenti Donald Tramp jurnalist Camal Qaşıqçının oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətli ilə bağlı məlumatların tezliklə məlum olacağını vəd verib.

"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri CNN-ə müsahibəsində bildirib.

"Biz bir-iki gündən sonra nəyin baş verdiyini bilmək niyyətindəyik ", - deyə ABŞ lideri qeyd edib.

Prezident həmçinin qeyd edib ki, Səudiyyə krallığının jurnalistinin qətli şəraitinin araşdırılması üçün 1 aylıq müddət "əsassız şəkildə" uzundur.

"Washington Post" qəzeti üçün məqalələr yazan jurnalist Camal Qaşıqçı 2017-ci ildən ABŞ-da yaşayıb. O, məqalələrində Səudiyyə Krallığındakı vəziyyəti tənqidi şəkildə təsvir edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru