Siemens şirkətindən Səudiyyə Ərəbistanına zərbə - 20 milyard dollar

23-10-2018, 20:04           
Siemens şirkətindən Səudiyyə Ərəbistanına zərbə - 20 milyard dollar
"Ər-Riyadda keçiriləcək konfransa da qatılmayacağıq"

Jurnalist Camal Qaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda vəhşicəsinə öldürülməsindən sonra rəsmi Ər-Riyada qarşı bir sıra ölkələrdən zərbələr gəlir. Nəticədə bu ölkə ilə bağlanan müqavilələr, ziyarətlər ləğv edilir. Almaniyanın Siemens şirkəti də bu cərgəyə qoşulub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, şirkət Səudiyyə ilə 20 milyardlıq enerji müqaviləsinin ləğv edildiyini açıqlayıb.

Bu haqda informasiyanı Siemensin rəhbərlərindən biri Joe Kaeser yayıb.

"Bizim istəyimiz odur ki, jurnalistlə bağlı bütün həqiqətlər orta çıxsın və haqq-ədalət öz yerini tutsun. Biz oktyabr ayının 23-25-də Ər-Riyadda Səudiyyə Ərəbistanının varisi Muhammed bin Salmanın təşəbbüsü ilə keçiriləcək konfransa da qatılmayacağıq", - deyə Siemensin rəsmisi bildirib.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel Səudiyyəyə silah satışını dayandıracağını vurğulamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru