Meksika məhkəmənin qərarınadək ABŞ-dan çıxarılan əcnəbilərə sığınacaq verəcək

21-12-2018, 06:48           
Meksika məhkəmənin qərarınadək ABŞ-dan çıxarılan əcnəbilərə sığınacaq verəcək
Meksika ABŞ-ın barələrində məhkəmə qərarı qəbul olunanadək ölkədən çıxaracağı miqrantlara öz ərazisində müvəqqəti olaraq sığınacaq verməyə razıdır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı Meksikanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Meksika buraxılış məntəqəsi ilə ABŞ-a keçid məntəqələrindən keçən və ya bu keçid məntəqələri arasında saxlanılan, bu ölkənin miqrasiya orqanları tərəfindən müsahibə olunan və miqrasiya məhkəməsinə çağırış vərəqəsi alan Amerikadan çıxarılmış əcnəbilərə humanitar baxımdan və müvəqqəti əsasda (öz ərazisində qalmaq üçün) icazə verəcək", - deyə XİN-in məlumatında bildirilir.

Daha əvvəl Meksikada bir qrup miqrant atəşə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru