ABŞ-ın müdafiə naziri fevralın sonunda istefa verəcək

21-12-2018, 06:52           
ABŞ-ın müdafiə naziri fevralın sonunda istefa verəcək
Amerika lider Donald Tramp ABŞ-ın müdafiə naziri Ceyms Mettisin 2019-cu ilin fevral ayının sonunda istefa vermək niyyətində olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, o bu barədə öz "Twitter" səhifəsində yazıb.

"General Mettis mənim administrasiyamda müdafiə naziri postunda iki illik xidmətdən sonra fevralın sonunda fərqlənmə ilə təqaüdə çıxacaq", - deyə o, bildirib.

Tramp əlavə edib ki, Pentaqonun yeni rəhbəri vəzifəsinə namizədin adı "tezliklə" açıqlanacaq.

ABŞ prezidenti bildirib ki, Mettis ona fəaliyyətində çox köməklik göstərib, xüsusilə də "müttəfiqləri və digər ölkələri üzərilərinə düşən öz hərbi öhdəlik paylarını ödəməyə məcbur etməkdə".

Daha əvvəl Pentaqon rəhbəri istefaya gedəcəyi barədə xəbəri təkzib edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru