Pompeo: Donald Tramp və Kim Çen In 2019-cu ilin əvvəlində görüşə bilər

21-12-2018, 07:01           
Pompeo: Donald Tramp və Kim Çen In 2019-cu ilin əvvəlində görüşə bilər
ABŞ dövlət katibi Mayk Pompeo prezident Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında növbəti görüşün 2019-cu ilin əvvəllərində keçiriləcəyinə ümidvardır.

“Report” “TASS”a istinadən xəbər verir ki, dövlət katibi “KNSS” radiosuna bildirib:

“Görüşlər keçirməyə davam edəcəyik və yeni ildə Birləşmiş Ştatlar üzərindən bu təhlükəni sovuşdurmaq üçün prezident Trampla sədr Kim Çen Inın 1 yanvar tarixindən qısa müddət sonra görüşəcəklərinə ümid bəsləyirik”.

Tərəflər bu ilin yayında Sinqapurda keçirilən ilk tarixi görüşdə Koreya yarımadasının nüvəsizləşdirilməsi ideyasına sadiq olduqlarını bildirmişdilər.

Bundan əlavə isə Tramp Kim Çen Ina sanksiyaları ləğv edəcəyi barədə vəd verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru