Tramp Suriyadan çıxdı, İrana hava zərbəsi endirəcək – Şərh

21-12-2018, 07:50           
Tramp Suriyadan çıxdı, İrana hava zərbəsi endirəcək – Şərh
Trampın Suriyadan amerikalı əsgərlərin çıxarılması qərarı ümumi mənada 3 şəkildə izah oluna bilər.

Axar.az xəbər verir ki, bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, ABŞ "İsrail, Səudiyyə, Bərzani, YPG" dördlüyünə söykənən və ciddi uğursuzluqlara düçar olan Yaxın Şərq siyasətinə ciddi korrektələr edir:

“Xüsusilə 2, 3 və 4-cü aktorları baxımından bu siyasəti həyata keçirir. Digər tərəfdən, ABŞ İrana hava müdaxiləsi edəcək. Suriya da İranın hədəfi olmaq istəmir. Tramp Adminstrasiyasının bu məsələdəki mövqeyi yetərincə açıqdır. Bir də bu hərbiçilərin Suriyadan hara getdikləri də maraqlıdır”.

Politoloq vurğulayıb ki, ABŞ qlobal siyasətin yeni güc tarazlığına uyğun olaraq Yaxın Şərqdən Sakit okean hövzəsinə doğru yönələcəyi az ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru