Almaniyadan İran hava yolu şirkətinə ŞOK qadağa!

23-12-2018, 10:45           
Almaniyadan İran hava yolu şirkətinə ŞOK qadağa!
Almaniya İran İslam Respublikasının hava yolu şirkəti olan “Mahan Air“in uçuşlarına qadağa qoymağa hazırlaşır. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Bild“ qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, “Mahan Air“ Suriyada Əsəd rejiminə silah-sursat daşıdığı üçün Amerika Birləşmiş Ştatlarının (ABŞ) “qara siyahı“sında olan hava yolu şirkətlərindəndir.


Qəzetin iddiasına görə, artıq federal dövlət “Mahan Air“in Düseldorf və Münxen hava limanlarına uçuşunu yasaqlamağa hazırlaşır. Almaniyadan bunu tələb edən isə ABŞ-dır. Qərarın yeni ilin yanvarında açıqlanacağı gözlənilir.

ABŞ-ın Berlindəki Səfirliyi bundan əvvəl Almaniyanı “Mahan Air“in uçuşlarına icazə verdiyi üçün sərt şəkildə tənqid edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.