İrandan ŞOK ADDIM: “Ya Hüseyn” yazısı qadağan edildi
17-10-2015, 22:30
İranda Məhərrəm ayının başlanması ilə “Məhərrəm təraşı” kimi tanınan “Ya Hüseyn” yazılı saç düzümü qadağan edilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, İran Bərbərlər Birliyi qurumun üzvü olan bütün bərbərlərə bu barədə xəbərdarlıq edib.
Bildirilir ki, qadağaya əməl etməyənlər cəzalandırılacaq. Bərbərlər Birliyinin başçısı Mustafa Güvahi qadağaya əməl etməyən bərbərlərin obyektlərinin bağlanılacağını söyləyib.
Bənzər xəbərdarlıq qadın bərbərlərə də edilib. Müvafiq xəbərdarlıqla “Məhərrəm makiyajı" qadağan olunub.