Bank səhvən müştərinin hesabına tam 6 milyard dollar köçürdü

20-10-2015, 14:01           
Bank səhvən müştərinin hesabına tam 6 milyard dollar köçürdü
Bu ilin iyun ayında Almaniyanın “Deutsche Bank” bankının müştərinin hesabına səhvən 6 milyard dollar köçürdüyü məlum olub.

Virtualaz.org saytı “The Financial Times” qəzetinə istinadən xəbər verir ki, əməliyyatı bankın valyuta şöbəsinin kiçik əməkdaşı həyata keçirib. Həmin vaxt şöbənin rəhbəri məzuniyyətdə olub.

Əməkdaşın xətası ondan ibarət olub ki, o, gün ərzində həyata keçirdiyi əməliyyatların qalığını hesablamayıb və onları ümumi məbləğ kimi götürüb.

Bank səhv barədə Böyük Britaniyanın maliyyə nəzarəti Bürosuna, Avropa Mərkəzi Bankına və ABŞ Federal Ehtiyatlar Sisteminə məlumat verib. Pulu alan müştəri isə ABŞ-ın investisiya fondlarından biri olub. Fond ertəsi gün pulu banka geri qaytarıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.