Şimali Koreya nüvə tədqiqatlarını bərpa etdi – Kim Çen In Trampı aldatdı

7-03-2019, 13:02           
Şimali Koreya nüvə tədqiqatlarını bərpa etdi – Kim Çen In Trampı aldatdı
Şimali Koreya “Yonbene” Elmi-Tədqiqat Mərkəzində uranın zənginləşdirilməsini davam etdirir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin rəhbəri So Xun açıqlama verib. “Uranın zənginləşdirilməsi ilə məşğul olan mərkəz ABŞ-la Şimali Koreya arasında son sammitdən sonra da normal işləyirdi”.

Kəşfiyyat xidməti Şimali Koreyanın hələ ötən ilin sonlarında Yonbenedə yerləşən və plutonium əldə etməyə şərait yaradan 5 meqavatlıq nüvə reaktorunun fəaliyyətini dondurmuşdu.

Bundan əvvəl məlum olmuşdu ki, Şimali Koreya ölkənin qərbində yerləşən Soxe poliqonunu bərpa etmişdi. Tramp bu xəbərin təsdiqlənəcəyi halda çox ciddi məyusluq keçirəcəyini demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru