Trampın keçmiş aparat rəhbəri öz xələfinə “dabanına tüpürüb qaçmağı” məsləhət gördü - Qərb mətbuatı

8-03-2019, 08:58           
Trampın keçmiş aparat rəhbəri öz xələfinə “dabanına tüpürüb qaçmağı” məsləhət gördü - Qərb mətbuatı
Ağ Ev aparatının keçmiş rəhbəri Con Kelli 2016-cı ildə Hillari Klintonun qalib gəlməsi halında belə onunla çalışa biləcəyinı söyləyib.

ABC News kanalının verdiyi məlumata əsasən, Con Kelli bu bəyanatını Dyuk universitetindəki çıxışında verib. Kanal həmin çıxışın səsyazmasını əldə edə bilib. Bu Con Kellinin 2018-ci ilin dekabrında qovulmasından sonra ilk açıq nitqi hesab olunur.

Ağ Ev aparatının keçmiş rəhbərinə xələfi Mik Malvaniyə hansı məsələhəti vermək istədiyi soruşulub. C.Kelli əvvəlcə zarafatla “dabanıma tüpürüb qaçardım” cavabını verib. Lakin sonra Donald Trampla oturub ona eşitməli olduğu sözləri söyləmək istədiyini bildirib.

Çıxışdan sonra Con Kellidən 2016-cı ildəki seçkilərin başqa ssenari ilə inkişaf etməsi, yəni Hillari Klintonun qalib gəlməsi təqdirdə ondan aparat rəhbəri olmağı xahiş etsəydi hansı reaksiya verə biləcəyini soruşublar.
Kelli “bu təklifdən imtina etməzdim” deyə bildirib.
Bundan başqa, Con Kelli Donald Trampla birlikdə çalışdığı dövrü “ən xoşagəlməz”, lakin eyni zamanda “ən vacib” anlarından biri hesab edib.



Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.