Avropa İttifaqı Maduro administrasiyasına qarşı sanksiya tətbiq edə bilər

8-03-2019, 09:05           
Avropa İttifaqı Maduro administrasiyasına qarşı sanksiya tətbiq edə bilər
Almaniyanın xarici işlər naziri Hayko Maas Avropa İttifaqının Venesuela prezidenti Nikolas Maduroya qarşı sanksiya tətbiq edə biləcəyini istisna etməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, o bunu ZDF telekanalının efirində deyib.

"Aİ XİN rəhbərlərinin son görüşü zamanı Avropa İttifaqının Nikolas Maduro rejiminə qarşı yeni sanksiyalara əl atmağın lazım olacağı məqamın yetişə biləcəyi ilə bağlı mövzu qaldırılıb", - deyə Maas bildirib.

O həmçinin Karakasın Almaniya hökumətinin Latın Amerikası ölkəsinin daxili işlərinə qarışması ilə bağlı ittihamlarını təkzib edib.

Maasın sözlərinə görə, Almaniyanın "arzuolunmaz şəxs" elan edilən Venesueladakı səfiri Daniel Kriner müxalifət lideri Xuan Quidonun tutulmamasına yardım edib.

"Biz istəyirik ki, o [Quaido] azad, ədalətli və demokratik seçkilər keçirmək iqtidarında olsun", - deyə nazir izah edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.