Almaniyada xanım nazir zibilyığan işlədi – Foto

8-03-2019, 19:21           
Almaniyada xanım nazir zibilyığan işlədi – Foto
Almaniyanın ailə naziri Franziska Giffey bir gün zibilyığan işləyib. AzEuroNews.com xəbər verir ki, Almaniyanın Sosial Demokrat Partiyasından (SPD) olan 40 yaşlı xanım nazir Berlin bələdiyyəsində bir günlük zibilyığan kimi çalışıb.

Xanım naziri zibilyığan geyimində görənlər isə, təəcüblənərək onunla şəkil çəkdiriblər.

Beynəlxalq Qadınlar Günü üçün zibilyığan işləyən xanım nazir “Qadınlar hər şeyi edə bilir” deyərək diqqəti Almaniyadakı kişi və qadın bərabərliyinə, xanımların ağır işlərdə çalışa biləcəyinə çəkib.

Xanım nazirin zibilyığan yerdə çəkilən şəkli Almaniyada dərc edilən nüfuzlu “Bild” qəzetində “Günün Fotosu“ seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru