40 il sonra yox olacaq beş millətdən biri: “Gürcüstan demoqrafik fəlakət qarşısındadır”
9-03-2019, 00:00

Sputnik-georgia.ru (Gürcüstan), 06.03.2019
Demoqraf Anzor Totadze “Sputnik Gürcüstan”ın multimedia mətbuat mərkəzində “Gürcüstanın demoqrafik inkişafı – ssenarilər və təhlükələr” dəyirmi masası zamanı bildirib ki, Gürcüstan bu gün ölkə qarşısında var olan hərfi mənada demoqrafik fəlakət qarşısındadır. Doğuşun azalması və miqrasiya artımı ölkəni dəhşətli nəticələrə gətirib.
Gürcüstanda doğuş göstəriciləri ölüm statistikasından azdır. Totadzenin sözlərinə görə, Gürcüstan təcili hərəkətə gəlməsə və durumu düzəltməsə, onda bölgələr dalbadal boşalmağa başlayacaq.
Cədvəldə Totadzenin “Gürcüstanın demoqrafik inkişaf proqramı” kitabından bölgələrin hansı vaxta yox ola biləcəyi haqda məlumatlar təqdim olunub.
Raça-Lexhumi və Kvemo-Svaneti 22 il
Sameqrelo-Zemo Svaneti 29 il
Acarıstan 32 il
İmereti 39 il
Mtsheta-Mtianeti 40 il
Samtes-Cavaheti 44 il
Kaxetiya 47 il
Kvemo-Kartli 47 il
Quriya 49 il
Şida Kartli 67 il
Totadze 1897-ci il doğuşunun göstəricilərini örnək gətirir və qeyd edir ki, ölkədə uşaqlar qocalardan 704 min nəfər çox idi. Bu rəqəm 1989-cu ildə artıq 300 minədək azalıb, 2015-də isə 69 min təşkil edib.
Totadze qeyd edib: “Bundan başqa, Gürcüstanın 25 il qabaq xaricə qazanmağa gedən sakinləri qoca yaşındadır və bir neçə ildən sonra vətənə dönməyə başlayacaqlar. Bu qayda ilə Gürcüstanda bir milyondan çox qoca olacaq”.
Demoqrafların proqnozlarına görə, Gürcüstanı daha bir doğuşun azalması gözləyir, çünki 1990-2000-ci illərdə ölkədə 1980-1990-dakından iki dəfə az qız doğulub.
Totadze qeyd edir – bu gün Gürcüstanda ortalama 49 min uşaq doğulursa, bu rəqəm altı ildən sonra 35 minədək azalacaq.
Qabaqlar Qafqazda üç nəfərdən biri gürcü idi – Totadze vurğulayıb – bu gün isə qonşu ölkələrin hamısı Gürcüstanı geridə qoyub.
Totadze deyib – hər qadın iki uşaq doğacaqsa, millət iki yüzillikdən sonra yox olacaq. Səbəb bundan ibarətdir ki, körpələrin bir hissəsi bir yaşına, ya da övlad sahibi ola biləcək yaşa çatmadan ölür.
Dölsüzlük amili də nəzərə alınır. Totadze qeyd edib: “Buna görə də indi nə qədər varıqsa, bir o qədər qalmağımız üçün bir qadın üç uşaq doğmalıdır. Ailədə üç uşağın norma olmasına yetişməyə çalışmalıyıq”.
Demoqraf habelə müxtəlif etnik qrupların təmsilçiləri olan Gürcüstan sakinlərinin 1989-cu ildən bəri ölkəni tərk etdiyindən danışıb.
1989-cu ilədək nə qədər yaşayıb Nə qədər qalıb
ruslar 431 min 26 min
yunanlar 95 min 5 min
yəhudilər 55 min mindən çox
ermənilər 280 min 70 min
Çıxış yolu nədədir?
Demoqrafın sözlərinə görə, demoqrafik durumu yaxşılaşdırmaq üçün Gürcüstanın hər il, təxminən, 500 milyion lari xərcləməyi gərəkdir. Ekspert hesab edir və vurğulayır ki, hökumət 2014-dən bəri özəlliklə ağır demoqrafik durumu olan bölgələrdə hər üçüncü və sonrakı uşağa görə iki il ərzində 150 lari verir. Bu, çox azdır, bu məbləği on il ərzində 300 lariyədək artırmaq və bu qayda ilə doğuşu təşviq etmək gərəkdir. 2014-də habelə qadınların dekret məzuniyyəti dörd aydan altı ayadək artırılıb.
“Millət özü özünü xilas etməlidir” – Totadze qeyd edir və özəl hazırladığı proqramı təklif edir. Layihə çərçivəsində siqaretə aksizləri 30 tetri, alkoqollu içkilərə 50 tetri artırmaq, övladsızlığa görə (ayda üç laridən az) vergi tətbiq etmək, işə düzələn vətəndaşların hərəsindən iki lari və daha 1% dövlətdən yığmaq təklif olunur. Totadze inanır ki, bu qayda ilə ildə 500 milyon lari yığmaq və millətin xilası prosesinə başlamaq mümkün olar.
Populyarxəbərlər
Bir icra başçısının rayon sakinlərinə qarşı apardığı müharibənin anatomiyası
Bir icra başçısının rayon sakinlərinə qarşı apardığı müharibənin anatomiyası
06.03.2019
66 sahibkar icra başçısından Prezidentə yenidən şikayət etdi
66 sahibkar icra başçısından Prezidentə yenidən şikayət etdi
06.03.2019
Generalların pul oyunu: Azı 4 min ver, gizir ol - Aksiya - Foto, Video 06.03.2019
Səhiyyə Nazirliyində tender “oyunları” - Zahid Qəribovla Rafət Orucov dövləti soğan kimi necə soyurlar? 06.03.2019
Eldar Əzizov büdcə talançılarının qarşısını ala biləcəkmi? - Üzeyir Aslanov bağışlanacaq? 06.03.2019
Türkiyədə Heydər Əliyevin adını daşıyan mərkəz satışa çıxarıldı - Fotolar 06.03.2019
Demoqraf millətin belə dəyişikliklərə hazır olub-olmadığını yoxlamaq üçün Tiflis, Mtsxeta-Mtianeti, Kartli, İmereti və Kaxetidə araşdırma aparıb. Sorğulananların çoxu demoqrafik durumun yaxşılaşdırılması məqsədilə qiymətlərin artırılması və vergi qoyulmasına razılaşıb. Totadzenin sözlərinə görə, bu pullar vasitəsilə ölkədə doğuşu təşviq etmək gərəkdir.
Dünya və demoqrafiya
İdarəçilik Strategiyası İnstitutunun direktoru Pyotr Mamradze qədim Yunanıstanın gənc ailələrin iki uşaqdan çoxuna sahiblənməkdən imtina etdiyindən təəssüflə yazan məşhur müəlliflərinin əsərlərini xatırladıb. Dünyada demoqrafik problem həmişə kəskin olub, amma bu haqda danışmaq istəmirlər. Mamradze hesab edir ki, elə həmin Avropada gerçəkliyi əks etdirən rəqəmlərdən danışmaq istəmirlər.
Mamradze qeyd edib: “Bu gün Londonda 30%-dən az etnik ingilis qalıb. London meri görkəmli adamdır və adı Sadıq Xandır. Ötən il Parisdən maraqlı qadın, pedaqoq gəlmişdi və danışırdı ki, Parisin mərkəzində yerləşən məktəbdə dörd ibtidai sinif aparır. O öz şagirdlərini çox öyürdü, amma bunların heç biri etnik fransız deyil, ərəblər və başqalarıdır. Bundan danışmaq siyasi nəzakətsizlikdir. Çoxları bu fonda bağırırlar ki, Merkel niyə mühacirlərə qapı açır? Avropa buna niyə yol verir? Keçən ilin oktyabrında Bundestaqda qərar qəbul olunub ki, Almaniya büdcə dolsun və işçi gücü olsun deyə hər il 200 min leqal mühacir qəbul edəcək”.
Ekspert yada salıb ki, BMT-nin məlumatına görə, Gürcüstan Yaponiya və Bolqarıstanla birlikdə haradasa qırx ildən sonra yerüzündən silinəcək yox olan millətlər beşliyinə daxildir.
Mamradze qeyd edib: “Özəl dərgilərdə belə ifadəyə rast gəlinir: “Kişiləri qoruyun”. Araşdırmalar ilbəil göstərir ki, son 30 ildə dünyanın aparıcı ölkələrində kişilərdə testeronun miqdarı 25% azalıb. Daha spermatozoidlər döl üçün enerjiyə malik deyil və bu, kütləvi şəkildə baş verir”.
Azadlıq, yoxsa öhdəlik?
Demoqraflar bütünlükdə dörd demoqrafik pilləni ayırırlar.
Birincisi – tibbin əlçatmaz və inkişaf etmədiyi, uyğun olaraq müxtəlif xəstəliklərdən xeyli adamın öldüyü XVIII yüzilliyə qədərki dövrdür.
İkincisi – baza müalicəsidir – təbabət adamları xilas etməyə başlayıb və əhali kəskin artıb.
Üçüncüsü – savaşlara görə əhali azalıb.
Dördüncüsü – savaşsonrası dönəmdir.
Politoloq, Cavaxişvili adına Tiflis Dövlət Universitetinin lektoru Arçil Sixarulidze deyir: “Deyirlər ki, bu gün dördüncü mərhələnin sonuna çatmış və beşinciyə yaxınlaşmışıq. Ölüm doğuşla tənləşəndə və hətta onu üstələyərkən. Ölkəmiz yetərincə çox savaş və inqilab yaşayıb ki, bu da əhalinin sayında əksini tapıb. Lakin xaraba qoyulmuş Almaniya II dünya savaşından sonra 25 il boyunca əhalinin sayını təkcə türklərin və müahcirərin deyil, həm də öz resursları sayəsində artırıbsa, təəssüf ki, biz 1990-cı illərdən sonra belə bir sıçrayış edə bilməmişik”.
Politoloqun fikrincə, Gürcüstanda ən önəmlisi vətəndaşların mentalitetiylə işləməkdən, özəl azadlıq və öhdəlikləri tarazlaşdırmaqdan başlamaqdır. Sixarulidze inanır ki, prosesin ölü nöqtədən dəbərməsi üçün insanların dövlət qarşısında azadlıqlarının harada bitdiyi və öhdəliklərinin başlandığı mövzusunda müzakirələrə başlamaq gərəkdir.(Tərcümə Strateq.az)
pia.az