Göyərtəsində manken olan ilk kommersiya kosmik gəmisi uğurla eniş edib –FOTO

9-03-2019, 00:00           
Göyərtəsində manken olan ilk kommersiya kosmik gəmisi uğurla eniş edib –FOTO
Crew Dragon kosmik gəmisi ABŞ-ın Florida ştatının sahilindən 360 km-lik yaxınlıqda Atlantik okeanında uğurla suya enib.

Strateq.az “Amerikanın Səsi”nə istinadən bildirir ki, cümə günü səhər saatlarında kosmik gəminin avadanlığı yoxlanıldıqdan sonra o, Harmony modulundan ayrılaraq Beynəlxalq Fəza Stansiyasını tərk edib. Kosmik gəminin göyərtəsində Ripli adlı maneken olub. Manekenin üzərində SpaceX şirkətinin hazırladığı skafandrı sınamaq və insana düşən təzyiqi öyrənmək üçün xüsusi sensorlar quraşdırılıb.

Crew Dragon kosmonavtika tarixində ilk insan tərəfindən idarə olunan kommersiya gəmisidir. NASA-nın planlarına görə, o və onun rəqibi Boeing şirkəti XX əsrin 60-cı illərində Amerika kosmonavtikası üçün astronavtları Beynəlxalq Fəza Stansiyasına çatdırmaq üçün istehsal olunmuş Rusiyanın “Soyuz” gəmilərini əvəz etməlidrlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.